- 0
-
-
Ümumi = 0.00 ₼
- Səbətə bax Sifariş et
-
Jules Gabriel Verne
Jül Vern 1828-ci ilin fevralın 8-də Fransanın Nant şəhərində anadan olub. Böyük fransız yazıçısı macəra ədəbiyyatının klassiki, elmi-fantastik janrın banilərindən biri hesab olunur. 1847-1849-cu illər ərzində Parisdə hüquq ixtisası üzrə təhsil alıb. Yaradıcılığa pyes və opera librettosu yazmaqla başlayıb.
Jül Vern dünyada daha çox elmi-fantastik janrda yazdığı “Yerin mərkəzinə səyahət”, “20.000 lyö su altında”, “Kapitan Qrantın uşaqları”, “80 gün dünya ətrafında səyahət” romanları ilə məşhurdur. YUNESKO-nun tərtib etdiyi bir siyahıya görə Aqata Kristidən sonra dünyada ən çox xarici dilə tərcümə olunan ikinci yazıçıdır. Romanları əsasında filmlər çəkilib.
Yazıçı 1905-ci il mart ayının 24-də şəkərli diabet xəstəliyindən dünyasını dəyişib.