- 0
-
-
Ümumi = 0.00 ₼
- Səbətə bax Sifariş et
-
Hüseyn Abdulla oğlu Rasizadə
Hüseyn Cavid 1882-ci ildə Naxçıvanda anadan olub. İlk ibtidai təhsilini evdə atasından alan, sonra isə 1891-1896-cı illərdə mollaxanada davam etdirən Hüseyn Cavid 1896-1898-ci illərdə görkəmli maarifpərvər ziyalı M. Sidqinin “Tərbiyə” məktəbində oxumuş, daha sonra isə regionun pedaqoji mərkəzlərindən sayılan Təbrizin “Talibiyyə” mədrəsəsinin müdavimi olmuşdur.
Cavid klassik şərq poeziyasından və Avropa romantizmindən ilham alaraq milli romantik dramaturgiyanın əsasını qoymuşdur. Onun “Şeyx Sənan” (1914), “İblis” (1918), “Peyğəmbər” (1922), “Topal Teymur” (1925), “Səyavuş” (1933) kimi əsərlərində azadlıq, bəşəriyyətin taleyi, zülmə qarşı üsyan və mənəvi təmizlənmə ideyaları ön plandadır. Böyük şair-dramaturq yaradıcılığında milliliklə ümumbəşəriliyi vəhdətdə təqdim etməyə çalışmışdır.
1937-ci ildə Stalin repressiyaları zamanı Cavidə qarşı “millətçi” ittihamı irəli sürülmüş və 1938-ci ildə Sibirin İrkutsk vilayətinə sürgün olunmuşdur. Uzun illərin mənəvi-psixoloji təzyiqlərindən sonra səhhəti pozulmuş və 1941-ci il dekabrın 5-də İrkutsk vilayətinin Tayşet rayonunda vəfat etmişdir. Nəşi 1996-cı ildə böyük ehtiramla Bakıya gətirilmiş və Fəxri Xiyabanda dəfn olunmuşdur.