Zirzəmi quşu
“Zirzəmi quşu” romanında həyatın ağır şərtlərinə dözən, ailə qurduqdan sonra ərinin laqeydliyi ilə üzləşən, buna baxmayaraq, bütün gücünü övladlarının tərbiyəsinə həsr edən qadından söhbət açılır.
Roman individual qadınlığın axtarılması və ortaya çıxarılmasına həsr olunub. Təhkiyəçi qadın həyatını, hisslərini, ətrafını diqqətlə araşdırır və onları bacardığı qədər dəqiqliklə təsvir edir. Keçmişdəki travmalarından əziyyət çəkən qadın bir-bir onlarla üzləşərək ekzistensial böhrandan yavaş-yavaş özünüdərk və özünükəşfə doğru hərəkət edir.
“Zirzəmi quşu” çap olunduğu il İranda çox böyük rəğbətlə qarşılanıb. Fəriba Vəfi romana görə Yəlda və Mehreqan ədəbiyyat mükafatlarına layiq görülüb. Yazıçı 2017-ci ildə Almaniyanın nüfuzlu “LiBeraturpreis” mükafatını qazanıb.
İlk rəy yazan siz olun