Zidd [TEZLİKLƏ]

0.0
(0)

İnsanın həyatını ziddiyyətlər idarə edir. Bunlar anlayışlar, mənalar, bizi idarə edən sistemlər ola bilər. Hər şeyin daxilində bir ziddiyyət var. Bunu isə anlamaq çətindir, bəzən mümkünsüzdür, çünki ziddiyyətlər – çox sadə anlayışı mürəkkəbləşdirir və insan ömrü boyu bunlarla mübarizə aparır. 
Kitab da məhz bununla bağlıdır. Həyatımıza təsir göstərən, onu asılı vəziyyətə salan, inkişaf etdirən, bütünlüklə bizi əhatə edən ziddiyyətlərin nə olduğunu, bunları dərk edəndə isə nələrin ola biləcəyini ifadə etməyə çalışmışam. 
ZİDD kitabının daxilində – sosial-psixoloji məlumatlar, fəlsəfi yanaşmalar, marketinq təcrübələri, idarəetmə mövzuları və bu kimi həyatımıza təsir göstərən kiçik, amma önəmli faktorlar haqqında məlumatlar var. Hər cümləsi düşünmək və düşündürmək üçündür.
Hər şey haqqında düşünmək haqqımız var, mütəxəssis kimi görünmək isə gerçəkliyə haqsızlıqdır…
Agitare prima dell'uso – bu, "istifadə etməmişdən əvvəl çalxalayın" deməkdir. Beynimiz də belədir. Ondan effektiv şəkildə yararlanmaq üçün çalxalamaq lazımdır.      

Ardını oxu
Kitabın adı Zidd [TEZLİKLƏ]
Müəllif Orxan Şahbaz
ISBN 9789952580471
Dili Azərbaycan
Səhifə sayı 224
Kitabın formatı 120x190 mm
Çap tarixi 2025
Nəşriyyat Mono
Pineapple
Orxan Şahbaz

Orxan Şahbaz 1992-ci ildə Bakı şəhərində anadan olub. Orta təhsilini 93 saylı tam orta məktəbdə alıb. Ali təhsili Odlar Yurdu Universiteti və USA Lincoln Universitetinin ikili diplom proqramı ilə BBA (Bachelor of Business Administration)  Biznes İdarəetməsi və Marketinq ixtisasında təhsil alıb. Hərbi xidmətini xüsusi təyinatlı kəşfiyyat taborunda kəşfiyyatçı vəzifəsində həyata keçirib. 2016-2018-ci ildən başlayaraq Yumşaq Bacarıqlar (Soft Skills) mövzularında fərdi şəxslər, şirkət əməkdaşları və ictimai tədbirlərdə təlim, seminarlar həyata keçirir. 2018-2020-ci illərdən etibarən marketinq, idarəetmə, sosial psixologiya sahələrində fəaliyyətini davam etdirir. 2022-ci ildən aktiv və davamlı şəkildə təlim və seminarlarla bərabər, qurucusu olduğu "Beyinix" marketinq mərkəzində şirkətlər, fərdi şəxslər üçün brendinq, sosial media strategiyasının qurulması və s. bu yöndə marketinq xidmətlərini həyata keçirir. 2016-cı ildən indiyə qədər keçdiyi təlim və seminalarda bütün Azərbaycan üzrə təxminən 17.000-dən çox şəxs seminarlarda iştirak edib. Hobbisi velosiped sürmək, fitneslə məşğul olmaq, vloq hazırlamaq, hikinq, trekinq, yürüş. 33 yaşı var, Bakı şəhərində yaşayır.

İlk rəy yazan siz olun

Oxucu candır

WhatsApp Icon
WhatsApp Icon
'