Zəmanəmizin qəhrəmanı

0.0
(0)

“Zəmanəmizin qəhrəmanı” romanının parlaq obrazı Peçorin dünya ədəbiyyatının ən orijinal, ən xarakterik simalarındandır. Peçorin ziddiyyətlərin qəhrəmanıdır. Onu məntiqlə anlamaq mümkünsüzdür. O, ehtirası ilə barizləşən deyil, şövqündə itən xarakterdir. Dövrün böyük təlatümləri, Qafqazda gedən misilsiz oyunların içində insan taleləri əriyib gedir. Günahkar zaman insanları cinsə, vəzifəyə, xarakterlərə deyil, günahkarlara və günahsızlara bölür. Lermontov göstərir ki, bu zamanın qəhrəmanı elə belə də olar. Zamanın qəhrəmanı eqoizmdir, mənəm-mənəmlikdir. Zamanın qəhrəmanı elə zamanın özüdür. 
Bu əsərdəki bütün qəhrəmanlar nədəsə səhv edirlər. Hər səhv bənzərsizdir, ona görə də hər səhv müstəsna qurban tələb edir. Bu romanda tale hər kəsə öz yanlışını fərqli missiya kimi təqdim edir. Ata taleyi ilə maraqlanmadığı qızını axtardığına görə, Bela isə icazəsiz çölə çıxdığı üçün öldürülür, Peçorin sonunu düşünmədiyi üçün cəzalanır, digər insanların zamanla dəyişdiyi həqiqətini unutduğuna görə tale tərəfindən cavabını alır. O unudur ki, hər kəs öz səhvləri ilə bənzərsizdir.

Ardını oxu
Kitabın adı Zəmanəmizin qəhrəmanı
Orijinal adı Герой нашего времени
Müəllif Mixail Lermontov
Tərcüməçi Cabbar Məcnunbəyov
ISBN 9789952547191
Dili Azərbaycan
Səhifə sayı 216
Kitabın formatı 125x200 mm
Çap tarixi 2022
Nəşriyyat Parlaq İmzalar
Pineapple
Mixail Lermontov

Mixail Lermontov 1814-cü il oktyabrın 14-də Moskvada anadan olub. O, yeniyetməlik dövründə Puşkin və Bayronun təsiri ilə şeirlər yazıb. 1831-ci ildə Moskva Universitetinin Ədəbiyyat fakültəsinə qəbul olub. Lakin burada təhsilini ta­mamlaya bilməyib. Sankt-Peterburqa gedərək hərbi mək­təb­də oxuyub.
Lermontov yaradıcılığa şeirlə başlayıb. Puşkinin ölümünə həsr etdiyi “Şairin ölümünə” şeiri (1837) böyük şairin həm məşhurlaşmasına, həm də çar I Nikolayı və kübar dairələri na­rahat etdiyi üçün Qafqaza sürgün edilməsinə səbəb olub. Bu şeirlə Lermontov “Puşkinin varisi” adını qazanıb. 
1840-cı ildə Rusiyanın ilk sosioloji-psixoloji romanı sayılan “Zəmanəmizin qəhrəmanı” romanı çap olunub. Bununla da yazıçı şöhrətinin zirvəsinə çatıb.
M. Lermontov 1841-ci il iyulun 27-də Nikolay Martınov adlı hərbçi ilə duelə çıxıb və həmin dueldə də öldürülüb.

İlk rəy yazan siz olun

Oxucu candır

Oxşar Kitablar

WhatsApp Icon
WhatsApp Icon
'