Özünüdərk və özünütərk
Bu əyri cizgilər cədvəlində sən,
Özünü şərh edib, özünü öyrən.
Nizami Gəncəvi
Fikir və düşüncə insana bəxş edilmiş ən böyük nemətdir. Düşünərək öz daxili aləminin dərinliklərinə dalan insan özünü – həqiqi mənini heç bir maneəsiz dərk edənə qədər irəliləyə bilər. Həqiqi özünüdərkə nail olan insanın önündə heç bir çərçivə ilə məhdudlaşmayan sonsuz aləmə doğru bir qapı açılır. Bu mərhələdən sonra insan bütün buxovlardan, maddi qəliblərdən, ruhunu sıxan qəfəsdən xilas olaraq mücərrədləşir, özündən xilas olub Yaradanına qovuşur. Deməli, özünüdərklə başlayan proses özünütərklə yekunlaşır...
“Özünüdərk və özünütərk” əsəri özünü tapmaq, həqiqi kimliyinə qovuşmaq, Rəbbinin sonsuz rəhmətindən zövq almaq istəyən, həqiqi sevgi və tükənməyən eşq axtarışında olanlar üçün bir bələdçi rolunu oynaya bilər.
İlk rəy yazan siz olun