Təlim-tərbiyədə azadlıq
Uşaqlara azadlıq, müstəqillik və seçim imkanı verilməyən bir cəmiyyətdən daha zülmət bir mühit təsəvvür oluna bilməz. Bu cəmiyyət istedadları beşikdəcə boğur, özünün təyin etdiyi qəlibdən kənara çıxanlara qarşı amansız davranır və cansız, donuq bir kütlə yaradır.
XX əsrin böyük müsəlman mütəfəkkiri doktor Behiştiyə görə, İslam təlimlərinin əsasında azadlıq prinsipi dayanır. Müsəlman cəmiyyətlərində isə bu anlayış ya düzgün başa düşülməyib, ya da başa düşülsə də, doğru şəkildə tətbiq olunmayıb. Bunun nəticəsində də yaradıcılıqdan, mədəni inkişafdan, orijinallıqdan məhrum insanlar yetişib.
Müəllif ürək yanğısı ilə valideynlərə, müəllimlərə, tərbiyəçilərə səslənib deyir: “Özbaşınalığın qarşısını almaq, canımızın bir parçası olan övladlarımızı böyük təhlükələrdən xilas etmək adı ilə azadlıq və seçim qabiliyyəti olmayan, özünə qapanan, solğun və “qəlibə salınmış” uşaqlar yetişdirməyək. Bu həm indiyə, həm də gələcəyə xəyanət, eləcə də məsuliyyətdən boyun qaçırmaqdır”.
İlk rəy yazan siz olun