Nəzəri irfana giriş
Nəzəri irfan özünəməxsus Tanrı-kainat təsəvvürünə sahibdir və bu baxımdan fəlsəfə və ilahiyyatdan ciddi şəkildə fərqlənir. Bu fərqin əsas səbəbi isə ariflərin “mükaşifə” adlı bilik qaynağından istifadə etməsidir. Onların fikrincə, varlıq aləmini ən ideal şəkildə yalnız mükaşifə ilə anlamaq mümkündür.
Kitabda “vəhdəti-vücud” konsepsiyası ilə bağlı İbn Ərəbi, Qunəvi və Qeysəri kimi məşhur ariflərin görüşləri anlaşıqlı bir dillə təhlil olunur, bu nəzəriyyə ilə bağlı yaranan yanlış anlaşılmalara aydınlıq gətirilir. Eyni zamanda Nəsiminin şeirlərindəki və Tusinin “Övsafül-əşraf” kitabındakı bəzi irfani fikirlərinə toxunulur.
İlk rəy yazan siz olun