Gənc müsəlmanın bələdçisi
“Qərb dünyası İslamı öz baxış bucağından araşdıran çoxsaylı oriyentalist (şərqşünas) yetişdirib, amma İslam dünyasının qərb mədəniyyətinin müxtəlif sahələrini – elm, incəsənət, din, sosial davranış – İslam nöqteyi-nəzərindən tədqiq edə bilən oksidentalisti (qərbşünas) çox azdır”.
Prof. Hüseyn Nəsr
Müəllif dünyanın müasir intellektual mənzərəsi qarşısında gənc müsəlmanın çaşbaş qalmaması üçün ona iki yol təklif edir: öz dini və mədəni kökləri ilə dərindən tanış olmaq və modern dünyanı İslam nöqteyi-nəzərindən dərk etməyi bacarmaq.
Nəsr kitabda əvvəlcə İslam əqidəsi, əxlaqı, incəsənəti haqqında dolğun məlumat verir, ikinci hissədə isə renessansdan sonra qərb dünyasının dinə, elmə, sənətə baxışını təhlil edir. Beləliklə, kitab müasir gənc müsəlman üçün bir bələdçi rolunu oynayır.
İlk rəy yazan siz olun