Hüseyn Nəsr

سید حسین نصر

/

Seyid Hüseyn Nəsr 7 aprel 1933-cü ildə İranın Tehran şəhərində dünyaya gəlmişdir. Əsli Kaşan şəhərindəndir. Onun ana babası Şeyx Fəzlullah Nuridir. Seyid Hüseyn Nəsr o zamankı mədrəsə dərslərinin kənarında fransız dilini də mükəmməl öyrənmişdir.
Cavan yaşlarında Amerikaya təhsil üçün getmişdir. Massaçusets Texnologiya İnstitutunda Fizika ixtisasında bakalavr təhsili almışdır. Harvard Universitetində fəlsəfə və elm tarixi ixtisasında magistr və doktorantura müdafiə etmişdir. Sonradan İrana qayıtmış və Tehran Universitretinin müəllimi və Ədəbiyyat institutunun müdiri olmuşdur. Sonradan Şərif Texnologiya Universitetinin qurucusu və ilk rektoru olmuşdur. İran İslam İnqilabından sonra o, yenidən Amerikaya qayıtmışdır.
Əsərləri fəlsəfə, mistika, ənənəçilik və modern dünya fəlsəfəsi haqqındadır. Seyid Hüseyn Nəsr müsəlmanın öz imanı ilə hətta bütöv Qərbə qarşı dura biləcəyi fikrindədir: "Çökməkdə olan gizlin azmaq zəncirindən qurtulmağın bir tək yolu vardır. Bu da İslamın hər cür şərtlərin fövqündə olan dəyişməz və sonsuz səbəblərinə inancla bağlanmaq və sonra da bu səbəbləri müsəlmanların qarşısına çıxan hər cür vəziyyətə və onları irəli aparan hər cür dünyaya uyğunlaşdırmaqdır".

Hüseyn Nəsr

Kitabları

WhatsApp Icon
WhatsApp Icon
'