Gecə vaxtı itin müəmmalı ölümü

0.0
(0)

Gecəyarıdan yeddi dəqiqə keçirdi. İt missis Şirzin evinin qabağındakı çəmənliyin ortasında, otun üstündə uzanmışdı. Onun gözləri yumulu idi. Kənardan baxdıqda sanki o, böyrü üstə uzanıb qaçırdı, eynilə yuxuda pişik qovan itlər kimi. Ancaq it nə yatırdı, nə də qaçırdı. İt ölmüşdü. İtin bədəninə yaba sancılmışdı...
"Bu, sirli qətl barədə romandır", həm də çox fərqli bir roman. Qətli araşdıran isə Şerlok Holms hekayələrinin həvəskarı, Asperger sindromu olan 15 yaşlı Kristoferdir. O, yalan danışmağı bacarmır, riyaziyyatı çox sevir və astronom olmaq istəyir. Dünyadakı bütün ölkələrin paytaxtlarını əzbərdən deyir və 7507-ə qədər olan sadə ədədləri birnəfəsə sayır. Lakin o, insanın xoşbəxt və kədərli əhvalı arasındakı müxtəlif halları bir-birindən fərqləndirməyi heç cür bacarmır. Bu da oxucuya nəinki qəribə, hətta tamamilə anlaşılmaz görünür.
Müasir İngiltərə ədəbiyyatının uğurlu simalarından olan Mark Hednin bu romanı 30-dan çox dilə çevrilmiş və elə ingilis dilində 10 milyondan çox satılmışdır. Əsər 2003-cü ildə İngiltərənin nüfuzlu “Kosta” mükafatına layiq görülmüşdür. Kitab müəllifin özünün də dediyi kimi, həm böyüklər, həm də balacalar üçündür.

Ardını oxu
Kitabın adı Gecə vaxtı itin müəmmalı ölümü
Orijinal adı The Curious Incident of the Dog in the Night-Time
Müəllif Mark Hedn
Tərcüməçi Svetlana Turan
ISBN 9789952834352
Dili Azərbaycan
Səhifə sayı 376
Kitabın formatı 120x190 mm
Çap tarixi 2018
Nəşriyyat Parlaq İmzalar
Pineapple
Mark Hedn

Mark Hedn 26 sentyabr 1962-ci ildə İngiltərədə, Northempton şəhərində anadan olub. "Gecə vaxtı itin müəmmalı ölümü" kitab ilə məşhurluq qazanıb.

İlk rəy yazan siz olun

Oxucu candır

Oxşar Kitablar

WhatsApp Icon
WhatsApp Icon
'