Əsrimizin Siyavuşu

0.0
(0)

Milli özünüdǝrk baxımından xüsusi ǝhǝmiyyǝti olan “Əsrimizin Siyavuşu” ǝsǝrindǝ Rǝsulzadǝ Azǝrbaycanın başına gǝlǝnlǝri, onun keçmişini, Cümhuriyyǝt dövründǝ milli kimlik uğrunda aparılan mübarizǝni, müstǝqil Azǝrbaycanın keçdiyi ǝzǝmǝtli yolu tǝhlil edir. O bütün bunları Firdovsinin “Şahnamǝ”sindǝki Siyavuş obrazı ilǝ mǝharǝtli bir şǝkildǝ paralellǝr apararaq hǝyata keçirir vǝ yeni doğulmuş, müstǝqillǝşmiş vǝ uğrunda canlarını fǝda etdiklǝri “Azǝrbaycan”ı “Əsrimizin Siyavuşu” adlandırır.
Rǝsulzadǝ bu dǝyǝrli kitabın ǝlyazmasını dostlarına ünvanlayarkǝn onlardan tǝlǝbini belǝ qeyd etmişdi: “Çapının mümkün olduğu qǝdǝr nǝfis vǝ qüsursuz olmasına etina göstǝrmǝk lazımdır”. Bu vǝsiyyǝti yerinǝ yetirmǝk ümidi ilǝ “Əsrimizin Siyavuşu”nu 1923-cü ildǝ İstanbulda ǝski ǝlifba ilǝ çap edilǝn orijinal nüsxǝdǝn çox hǝssaslıqla transliterasiya etdik vǝ eyni zamanda anlaşıqlı olması üçün mǝtni müasir Azǝrbaycan dilinǝ uyğunlaşdırdıq.
Belǝliklǝ, Rǝsulzadǝ oxucuları bu ǝsǝri ilk dǝfǝ olaraq ixtisarsız vǝ sǝlis bir dildǝ oxuyacaqlar.

Ardını oxu
Kitabın adı Əsrimizin Siyavuşu
Müəllif Məhəmməd Əmin Rəsulzadə
ISBN 9789952525823
Dili Azərbaycan
Səhifə sayı 144
Kitabın formatı 120x190 mm
Çap tarixi 2021
Nəşriyyat Parlaq İmzalar
Pineapple
Məhəmməd Əmin Rəsulzadə

Məhəmməd Əmin Rəsulzadə 1884-cü il yanvarın 31-də Bakının Novxanı kəndində anadan olmuşdur. Onun bilinən ən köhnə əcdadı, Novxanı kəndinin sakini Məhəmmədtağı Kərbəlayı Əliəkbər oğludur. Din xadimi olan atası oğlunu pedaqoq Sultan Məcid Qənizadənin müdir olduğu ikinci "Rus-müsəlman" məktəbinə qoymuş, buranı bitirdikdən sonra Məhəmməd Əmin Rəsulzadə öz təhsilini Bakı Texniki məktəbində, rus dilində davam etdirmişdir, lakin təhsilini yarımçıq qoyaraq siyasi fəaliyyətə başlamışdır.

İlk rəy yazan siz olun

Oxucu candır

WhatsApp Icon
WhatsApp Icon
'