Edama məhkumun son günü

0.0
(0)

Bir gün dostu ilə Paris küçələrində gəzişərkən meydana toplaşmış böyük bir izdiham Viktor Hüqonun diqqətini çəkir. Yaxınlaşdıqda bir müttəhimin edam olunduğunu görən yazıçı bu hadisədən çox təsirlənir və dərhal oradan uzaqlaşır. Məhz gördüyü bu sarsıdıcı mənzərə nəticəsində “Edama məhkumun son günü” əsərini qələmə alır.
İyirmi yeddi yaşında yazdığı bu romanda Hüqo adsız qəhrəmanın dilindən edam hökmünün bir insana necə təsir etdiyini olduqca mükəmməl bir dillə təsvir edir. Öləcəyini bilən bir insan hansı hissləri keçirə bilər? Bu çətin sualın altından, yəqin ki, ancaq Hüqo kimi dahi yazıçı çıxa bilərdi.
“Edama məhkumun son günü” romanını “Səfillər” kimi nəhəng bir əsərin uvertürası da hesab etmək olar. Əsərin mühüm özəlliklərindən biri də dünya ədəbiyyatında təhkiyəsi birinci şəxs əvəzliyində olan, daxili monoloq şəklində yazılan ilk roman olmasıdır.

Ardını oxu
Kitabın adı Edama məhkumun son günü
Orijinal adı Le Dernier Jour d’un condamné
Müəllif Viktor Hüqo
Tərcüməçi Şamil Zaman
ISBN 9789952580051
Dili Azərbaycan
Səhifə sayı 176
Kitabın formatı 125x200 mm
Çap tarixi 2024
Nəşriyyat Parlaq İmzalar
Pineapple
Viktor Hüqo

Viktor Hüqo 1802-ci il fevral ayının 26-da Fransanın Bezanson şəhərində anadan olub. İlk kitabı “Odalar və müxtəlif şeirlər” 1822-ci ildə çap olunub. 1848-ci il inqilablarından sonra deputat seçilib. Onu məşhurlaşdıran ilk kitabı “Paris Notr-Dam kilsəsi” romanıdır. 1862-ci ildə isə dünya ədəbiyyatının incisi hesab olunan “Səfillər” romanı nəşr olunub. 1851-1870-ci illərdə siyasi səbəblər üzündən sürgündə yaşayıb. Sürgün illərində “Dəniz zəhmətkeşləri” və “Gülən adam” romanlarını yazıb.
Hüqo hələ uşaqlıqdan tanıdığı Adel Fuşe ilə ailə həyatı qurub. Bu evlilikdən yazıçının beş övladı dünyaya gəlib. Qızı Leopoldinanın Sena çayında boğulması ona çox ağır təsir edib. 
Böyük yazıçı 1885-ci il may ayının 22-də vəfat edib.

İlk rəy yazan siz olun

Oxucu candır

“Hüqonun yazdığı kitablar içində ən real və ən gerçək əsər “Edama məhkumun son günü”dür”.

F. M. Dostoyevski

MÜƏLLİFİN DİGƏR KİTABLARI

Oxşar Kitablar

WhatsApp Icon
WhatsApp Icon
'