Çəkinmə, addım at
Birinə təşəkkür etmək, birini sevindirmək, yaxud birini dinləmək üçün nəyi gözləyirsiniz?
Bəzən bütün bəhanələri kənara qoyub, sadəcə, addım atmalıyıq. Məhz bir addım bizə yeni insanlarla, yeni imkanlarla tanış olmaq üçün fürsət yaradır və həyatımızda gözlənilməz dəyişikliklər baş verir.
Stiv Çendler “Çəkinmə, addım at” kitabında effektiv münasibət qurmaq üçün 50 yol təklif edir və bunları tətbiq etmək o qədər rahatdır ki, işə elə kitabı oxuyarkən başlaya bilərsiniz.
Bu kitab daha dərin və xoşbəxt münasibət qurmaq üçün sadə, amma praktik məsləhətlər verir. Çendler ünsiyyətlə bağlı fərqli yanaşma təklif edir, bizi mexaniki, passiv düşüncə tərzindən uzaqlaşdıraraq yaradıcı və optimist olmağa səsləyir. Onun fikrincə, həm özümüzü, həm də qarşımızdakı insanı dinləməyi və dəyərləndirməyi bacarsaq, sağlam və məhsuldar münasibətləri inkişaf etdirə biləcəyik. Üstəlik, Çendlerin tövsiyələrini həm şəxsi, həm də peşəkar həyatda tətbiq etmək mümkündür. Çünki o, münasibətləri kateqoriyalara ayırmır.
İlk rəy yazan siz olun