Balaca Cadugər
– Gözəl qızım, yenə maraqla nə oxuyursan?
– “Balaca Cadugər” kitabını, Ata.
– Cadugər??? Qorxmursan? Axı cadugərlər...
– Yox, Ata, qorxulu deyil, bu, yaxşı cadugərdi. O, meşədə odunyığanlara, bazarda şabalıdsatana və gülsatan balaca qıza kömək edir.
– Nolsun, axı onlar insanlara cadu edir?
– Hə, amma Balaca Cadugər xeyirxahdı. Hətta o, pis adamları: atlara əziyyət edən faytonçunu, qəddar meşəbəyini, quşların yuvasını dağıdan uşaqları cəzalandırır.
– Yaxşı görək?!
– Hə, hə, o, mehribandı, qayğıkeşdi, gülməlidi, safqəlblidi, ancaq həm də tərsdi. Onun Abraksas adlı bir qarğa dostu da var. Ata, bilirsən, Balaca Cadugərin cəmi-cümlətanı 127 yaşı var.
– Nə? 127 yaşı?
– Bəli, Ata, 127 yaşı. Cadugərlər üçün bu yaş azdı.Onlar çox uzun yaşayırlar.
– Yaxşı, qızım, xoş mütaliələr.
İlk rəy yazan siz olun