Kamil insan
Kamil, yaxud ideal insan kimdir və hansı metodla bu mərhələyə yüksəlmək olar? Kamil insan əqli dərkin yüksək həddinə çatmış filosofdurmu, yoxsa həyatın mahiyyətini yalnız sevgi və məhəbbətdə görən insanmı, yaxud Nitsşenin güclü və qüdrətli insanımı və ya əksinə, kamillik “heç nəyi olmamaq”dırmı?
Mürtəza Mütəhhərinin ən çox oxunan kitablarından olan bu kitabda kamil insan yetişdirmək prinsipləri təqdim etmiş müxtəlif fikir məktəblərinin “kamil insan” fenomeninə baxışları analiz edilir. Araşdırılan bir çox qərb və şərq məktəblərinin çatışmazlıqları üzə çıxarılaraq göstərilir ki, əslində, bu məktəblər hər baxımdan ideal bir insan yetişdirməyə qadir deyillər.
Nəhayət, Mütəhhəri dəqiq əqli təhlillərdən sonra bu nəticəyə gəlir ki, yalnız səmavi göstərişlərə əsaslanan və digər bütün məktəbləri lazımi həddə özündə əks etdirən İslam hər baxımdan kamil insan yetişdirmək qüdrətinə malikdir.
İlk rəy yazan siz olun