Haradan başlamalı

0.0
(0)

Müasir insan nəzəri müzakirələrdən, diktəedici ton­la deyilən və yazılan əxlaqi göstərişlərdən yorulub. Ona daha praktik, sadə və konkret yol lazımdır. Bu problemi həll etməyi özünə prioritet vəzifə hesab edən Hacı Şahin qələmə aldığı bu kitabda usanmış insana həyatla bağlı yeni və pozitiv yanaşmalar təqdim edir.
Müəllifin fikrincə, nə mənəvi aramlıq axtarışında olan şərq, nə də maddi rifaha köklənmiş qərb cə­miy­yət­lə­rin­də, nə qədər populist səslənsə də, insan xoşbəxt de­yil. Bəs bu böhrandan necə qurtulmalı? Haradan baş­la­ma­lı? Kitabda bu suallara cavab axtarılır.
Həmçinin “günah”, “cəhənnəm”, “kafir” kimi neqativ an­­layışlara yeni, çağdaş insanın dərdinə dəyəcək mə­na­lar verilir, mənəvi mövzuların praktik həyatda canlı qal­ma­sı üçün dərin təhlillər aparılır. 

Ardını oxu
Kitabın adı Haradan başlamalı
Müəllif Hacı Şahin Həsənli
ISBN 9789952547733
Dili Azərbaycan
Səhifə sayı 200
Kitabın formatı 120x190 mm
Çap tarixi 2023
Nəşriyyat İrşad
Pineapple
Hacı Şahin Həsənli

Şahin Hüseyn oğlu Həsənli 7 iyul 1974-cü ildə Bakı şəhərində dünyaya gəlib. 1981-ci ildə Bakı şəhəri, Səbail rayonu 189 saylı orta məktəbin (indiki 189–190 №-li məktəb) rus bölməsinə daxil olub, 1991-ci ildə həmin məktəbi bitirib.
1991-ci ildə Azərbaycan Texniki Universitetinin Maşınqayırma fakültəsinə daxil olub. 1995–1997-ci illərdə hərbi xidmətdə olub. 1999-cu ildə ADTU-dakı təhsilini bitirib.
2001–2004-cü illərdə Bakı Dövlət Universitetinin Tarix fakültəsində ikinci ali təhsil alıb.
1998–2001-ci illərdə təsisçilərindən olduğu "İkmal" Gənclər Birliyinə sədrlik edib. Rəhbərlik etdiyi qurum ölkənin müxtəlif rayonlarında nümayəndəliklər açıb, ümumrespublika miqyasında müxtəlif tədbirlər keçirib. Fəaliyyətinin əsas istiqaməti milli-mənəvi dəyərlərin, sağlam həyat tərzinin və vətənpərvərlik hissinin gənclər arasında təbliği olub.
2001-ci ildən Bakı şəhəri Nəsimi rayonunda yerləşən "Məşədi Dadaş" məscidində imam-camaat idi.
Bu və öncəki illərdə müstəqil şəkildə dini mütaliə ilə məşğul olub, dini mövzularda dərs tədris edib. Xüsusilə Əqaid, fəlsəfə, əxlaq, təfsir dərslərini tədris edib. 2007-ci ildə "Mənəvi Dünya" Milli-Mənəvi Dəyərlərimizin Təbliği İctimai Birliyini təsis edib, o zamandan quruma rəhbərlik edib.
2013-cü ildə "Məşədi Dadaş" məscidinə axund, 2014-cü ildə Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Nəsimi rayonu üzrə səlahiyyətli nümayəndəsi, 2021-ci ildə isə QMİ Qazilər Şurasının üzvü təyin olunub.
2016–17-ci illərdə Darul Hikmət Elm və Tədris Mərkəzində "Əxlaq Fəlsəfəsi" və "İslam tarixi (təhlil)" dərslərini tədris edib.
Heç bir siyasi partiyaya üzv deyildi. Azərbaycan, ərəb, fars və rus dillərini bilirdi.
Uzun illərdir ki, Həcc karvanına rəhbərlik edir və Həcc zəvvarlarına xidmət göstərirdi. "Haradan başlamalı", "Yaradılışın hədəfi" və "Xoşbəxt ailə modeli" adlı kitabların müəllifidir.
Ailəli idi. 4 övladı, iki qızı və iki oğlu var.
2023-cü il martın 2-də Bakıda ürək çatışmazlığından vəfat etmişdir.

İlk rəy yazan siz olun

Oxucu candır

MÜƏLLİFİN DİGƏR KİTABLARI

WhatsApp Icon
WhatsApp Icon
'