Dini anlama məntiqi
“Qarşınızdakı kitab müasir gəncliyin nümayəndəsi olan bir din xadiminin ənənəvi dini anlayışlara yeni baxışını əks etdirir. Təbii ki, din mövzusu hər zaman həssas olduğu üçün bir çoxları buradakı fikirlərə əks arqumentlər gətirə bilərlər. Elə fikrin inkişafı da məhz belə diskussiyalardan keçir. Ümid edirik ki, Elbrus bəyin bu əsəri din mütəxəssisləri arasında belə diskussiyaları canlandıracaq, yeni və tutarlı fikirlərin ortaya çıxmasına səbəb olacaq”.
Hacı Şahin Həsənli
“Dini anlama məntiqi” kitabı müəllifin qələmə aldığı ilk kitabdır. Kitabda dinə yanaşmada mühafizəkar və yenilikçi baxışlar arasındakı ziddiyyətli məqamlar, məşhur alimlərin mülahizələri, müəllifin öz görüşü təqdim edilib. Elbrus Kərimov problematik mövzulara mümkün qədər aydınlıq gətirmək məqsədilə kitab boyu araşdırmaçı rolunda çıxış etməyə çalışıb və bu zaman əqli və nəqli dəlillərə əsaslanıb.
İlk rəy yazan siz olun