- 0
-
-
Ümumi = 0.00 ₼
- Səbətə bax Sifariş et
-
Səlim Babullaoğlu
Səlim Babullaoğlu 1972-ci il dekabrın 10-da Əli-Bayramlı şəhərində (indiki Şirvan şəhəri) ziyalı ailəsində anadan olub. Əli Bayramlı şəhərində orta məktəbi bitirdikdən sonra (1979–1989) M. Ə. Rəsulzadə adına Bakı Dövlət Universitetinin kitabxanaçılıq fakültəsində (1990–1995) ali təhsil alıb.
İlk mətbu şeirləri və məqalələri orta təhsil aldığı illərdə Əli-Bayramlı şəhərinin "İşıq" və "Mayak" qəzetlərində dərc olunub.
"Yeni Azərbaycan" qəzetinin rus dilində nəşr olunan "Сегодня" əlavəsinin məsul redaktoru (2003), "ATV Kitab" seriyasının redaktoru, "Kitabçı" jurnalının baş redaktoru (2013–2016) olub.
2020-ci il pandemiya dövründə Səlim Babullaoğlunun təşəbbüsü ilə Azərbaycan Yazıçılar Birliyi Azərbaycan Dövlət Televiziyası və "Real" TV birgə "Evdə qal!" şüarı altında "Dünya şairləri Azərbaycan üçün şeir oxuyurlar" layihəsini keçirib və bu televiziya layihəsinə 20 ölkədən 24 məşhur əcnəbi şair qatılıb.
2020-ci ildə, 44 günlük Zəfər savaşı günlərində Səlim Babullaoğlu dünyanın 25-dən artıq ölkəsinin 60-dan artıq ədibinə və ədəbiyyat təşkilatına Azərbaycanın haqq işi ilə bağlı müraciətlər göndərmiş, iranlı yazıçıların "ermənipərəst" müraciətinə cavab vermiş, "Europa in Versi" poeziya festivalının direktoru Laura Qaravalyaya müsahibə vermişdir.
2022-ci ilə ildə Səlim Babullaoğlunun təşəbbüsü və rəhbərliyi ilə Azərbaycanın "Şanlı Zəfər Savaşı" və "Şuşa ili"nə ithafən Azərbaycan Yazıçılar Birliyi Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi və "Space" Müstəqil Teleradio Şirkəti ilə birlikdə "Şuşaya salam!" beynəlxalq poeziya layihəsini gerçəkləşdirib, sentyabrın 27-dən noyabrın 9-a qədər 44 gün ərzində keçirilən layihəyə 30 ölkədən 44 şair qatılıb.