Məşədbaba

Məşədbaba Aydəmirov

/

Məşədibaba Aydəmirov 1971-ci ilin 13 fevral tarixində Bakı şəhərinin Maştağa kəndində anadan olmuşdur. Uşaq yaşlarından şeirə böyük maraq göstərib. Yüzlərlə şeir, qəzəl, qəsidə müəllifidir. Məşədibaba Aydəmirov uşaq yaşlarından şeirlər yazırmış. Böyüdükcə onun bu istedadı daha da artır. Valideynləri Məşədibabanın bu istedadını görüb onu orta məktəbdən çıxardırlar. Beləliklə, balaca Məşədibaba bütün vaxtını bədii kitablar oxumağa, şeir yazmağa ayırır. Məlahətli səsi və şeirləri ilə hər kəsi heyran edən Məşədibaba gənc yaşlarından məşhurlaşır. Artıq o, yazdığı qəzəlləri meyxanaya çevirir. İlk meyxana deməyə başladığı dövr isə 1984–1985-ci illərə təsadüf edir. Bundan sonra, Məşədibaba toylara çoxsaylı dəvətlər alır. Qısa zamanda kənd camaatı arasında hörmət qazanan meyxanaçı müxtəlif məclislərə dəvət almağa başlayır. İlk dəvəti hələ 1989-cu ildə 18 yaşında ikən, Lənkərandakı meyxana məclisinə olur. 1991-ci ildə Bakı Dövlət Sirkində keçirilən Azərbaycanda ilk meyxana yarışında üçüncü yeri tutub. Kasıb ailədə böyüdüyü üçün kənddə bir çox imkansızların toyuna təmənnasız gedirmiş.
Nəhayət, bir gün tanınmış meyxanaçı subaylığın daşını atmaq qərarına gəlir. Əmisi qızını istəyən Məşədibaba onunla nişanlanır. Toylarına çox az qalmışdı ki, meyxanaçı həbs olunur. Məşədibaba 1994-cü ilin 11 fevral tarixində yaxın dostu olan meyxanaçı Elçin Atakişiyev ilə aralarında yaranan münaqişə zamanı ona bıçaq ilə xəsarət yetirir. Elçin xəstəxanaya gec çatdırıldığı üçün normadan artıq qan itirərək dünyasını dəyişmişdir. 6 il dəmir barmaqlıqlar arxasında qalan Məşədibaba 2000-ci ildə həbsdən azad olunur. Əsərlərinin çoxunu isə həbsdə olarkən, yazıb. 2000-ci ildə ailə həyatı qurub, 1 il sonra isə onların Mircəlal adlı övladları dünyaya gəlir. Bir müddət sonra bu xoşbəxt ailə arasında soyuqluq yaranmağa başlayır. Buna da səbəb içki olur. İçkiyə qurşanan Məşədibaba ailəsini unudur və 9 il sonra ailəsi dağılır. Həyat yoldaşı və övladı evdən çıxıb gedirlər.
Ustadı olmayıb, söz sənətinin Allah tərəfindən olduğuna inanır:
"Bu meyxanə belə şeydi ki, bunun ustadı yoxdur, yəni ki, insanın özündən asılıdır, əgər sənin bacarığın varsa-deyəcəksən, bacarığın yoxdursa lap 50 il sənə bir ustad dərs versin xeyri yoxdur. Bu tamam ALLAHIN vergisidir, varsa səndə var, yoxdursa insanlar sənə kömək eləyə bilməz" – ANS TV-yə verdiyi müsahibəsindən.
39 yaşlı Məşədibaba Aydəmirov qayınatasının evinin qarşısında üstünə benzin tökərək özünü yandırıb. O, qonşuların köməkliyi ilə xəstəxanaya yerləşdirilsə də, həkimlərin səyinə baxmayaraq şairi xilas etmək mümkün olmayıb.

Məşədbaba

Kitabları

book
Ruzigar

Məşədbaba

–20%
6.40 ₼ 8.00 ₼
WhatsApp Icon
WhatsApp Icon
'