Etel Lilian Voyniç

Ethel Lilian Voynich

/

Etel Lilian Voyniç 1864-cü il mayın 11-də İngiltərənin Kork qraflığının Ballintempl qəsəbəsində anadan olub. Voyniç altı aylığında olanda riyaziyyatçı olan atası Corc Bul vəfat edib. Anası min bir əziyyət hesabına uşaqları ilə birlikdə Londona köçüb. Voyniç qızıl yel xəstəliyinə yoluxandan sonra anası onu Lakşirə, dayısının yanına göndərib. On səkkiz yaşında ona qalan mirasın hesabına Berlində musiqi məktəbində oxuyub. Burada musiqinin incəlikləri ilə yanaşı, inqilabi düşüncələrlə tanış olub. 
Londona qayıdarkən mühacirətdə olan rus inqilabçısı Sergey Kravçinski ona rus dilini öyrədib. İngiltərədə “Rus azadlığının dostları” cəmiyyətinin qurulmasında yaxından iştirak edib. Yeni əlaqələr çərçivəsində 1890-cı ildə inqilabçı Mixail Voyniçlə tanış olub, 1902-ci ildə cütlük ailə həyatı qurub.
Voyniçə dünya şöhrəti gətirən “Atmilçəyi” romanı 1897-ci ildə çap olunub. Yazıçı 1960-cı il 27 iyulda dünyasını dəyişib.

Etel Lilian Voyniç

Kitabları

WhatsApp Icon
WhatsApp Icon
'