- 0
-
-
Ümumi = 0.00 ₼
- Səbətə bax Sifariş et
-
Charles John Huffam Dickens
Çarlz Dikkens 1812-ci fevralın 7-də İngiltərənin Portsmut şəhərində anadan olub. Atasının borca düşməsi ilə uşaq yaşlarından işləməyə başlayan Çarlzın bu illərdə keçirdiyi travmalar və mənəvi böhranlar, demək olar, əksər romanlarında əks olunub. İlk romanı “Pikvik klubunun qeydləri” 1836-37-ci illərdə nəşr edilib.
Dikkens Viktoriya dövrünün, bəlkə də, ən məşhur, romanları ən çox oxunan müəllifidir. On beş roman yazan Dikkens əsərlərində o dövrün burjua cəmiyyətini, varlı insanları və onların süni, riyakar əxlaq normalarını kəskin şəkildə tənqid edib. Romanlarının əsas qəhrəmanları yoxsulluqdan əziyyət çəkən saf, zəhmətkeş uşaqlardır.
“Böyük ümidlər”, “İki şəhərin hekayəti”, “Devid Kopperfild”, “Müştərək dostumuz”, “Oliver Tvist” böyük yazıçının ən çox oxunan kitablarıdır.
Ç. Dikkens 1870-ci il iyunun 9-da Qreyvşem şəhərində vəfat edib.