- 0
-
-
Ümumi = 0.00 ₼
- Səbətə bax Sifariş et
-
Антон Павлович Чехов
Anton Çexov 1860-cı il yanvarın 29-da Taqanroq şəhərində anadan olub. 1879-cu ildə Moskva Universitetinin tibb fakültəsinə daxil olub. 1884-cü ildən başlayaraq yazıçı müxtəlif xəstəxanalarda həkim vəzifəsində işləyib. İlk iki hekayələr toplusu – “Rəngarəng hekayələr” və “Ala-qaranlıqda” 1886-1887-ci illərdə çap olunub.
Çexov 26 il ərzində irili-xırdalı 900-ə yaxın əsər yazıb. Onlardan bir neçəsi dünya ədəbiyyatının klassikasına çevrilib: hekayələrindən “6 №-li palata”, “Qılaflı adam”, “Məmurun ölümü”, “Qüssə”, “Qara rahib”; pyeslərindən “Albalı bağı”, “Üç bacı”, “Qağayı” və s.
Yazıçı 1901-ci ildə aktrisa Olqa Knipperlə ailə həyatı qurub. 1904-cü ildə yoldaşı ilə birlikdə Badenveyler kurortuna müalicəyə gedib və orada da dünyasını dəyişib.